Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən bahalı futbolçularının siyahısı

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) ən bahalı futbolçuların reytinqini dərc edib.

Bildirilir ki, futbolçuların qiyməti CİES-in şəxsi metodikası üzrə qiymətləndirilib. Siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edib. Onun qiyməti 259,2 milyon avro göstərilib.

"Mançester Siti"dən Rahim Sterlinq (194,7 milyon avro) ikinci "Borussiya"dan (Dortmund) Ceydon Sanço (179,1 milyon) üçüncü olub.

CİES-in versiyasına görə, ilk beşliyi  Trent Aleksander-Arnold ("Liverpul") – 171,1 milyon və  Markus Reşford ("Mançester Yunayted") – 152,3 milyon  tamamlayır.

İlk onluqda Məhəmməd Salah ("Liverpul") – 144,9 milyon, Sadyo Mane ("Liverpul") – 139,2 milyon,  Antuan Qrizmann ("Barselona") – 136,4 milyon,  Alfonso Devis ("Bavariya") – 133,5 milyon,  Harri Keyn ("Tottenhem") – 118,7 milyon qərarlaşıblar.

Maraqlidir ki, ilk onluqda dünyanın ən yaxşı futbolçuları­­—Lionel Messi ilə Kriştiano Ronaldunun adları yoxdur.

Elçin ABBASOV,
“Xalq qəzeti”

9 2020 14:08 - İDMAN
İDMAN
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə