Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya İT xərclərində 10 faiz azalma gözlənilir

“DailyComm” saytının məlumatına görə,  cari ildə dünyada biznes üçün informasiya texnologiyaları (İT) servis və xidmət xərcləri COVID-19 pandemiyasının nəticələri fonunda iqtisadiyyatın zəifləməsinə görə 10 faizdən çox azala bilər.

Qeyd edək ki, bu barədə mənbə “The Economic Times” nəşrinin “HfS Research” konsaltinq şirkətinin proqnozuna istinadən məlumat yayıb.

Bildirilir ki, proqnoza görə, koronavirusun təsiri nəticəsində Qərbi Avropa və Şimali Amerikanın əsas bazarlarında ümumi daxili məhsul (ÜDM) göstəricisi 10-15 faiz azalacaq. Nəticədə təşkilatlar tərəfindən İT xidmətləri üçün xərclər kəskin azalacaq.

“HfS” ekspertlərinin fikrincə, iqtisadiyyatın epidemiyadan əvvəlki səviyyədə bərpası 2021-ci ilin ikinci yarısından sonra baş verəcək.

Bundan əvvəl “Gartner” analitik şirkəti 2020-ci ildə qlobal İT sahəsinin bütün seqmentlərində azalmanın olacağını proqnozlaşdırıb. Xərclər baxımından daha çox azalma data mərkəzi sistemləri və qurğular (kompüter, smartfon və s.) üçün gözlənilir – müvafiq olaraq 9,7 və 15,5 faiz. Bu il İT xidmətlərinin satışı 7,7 faiz, korporativ proqram təminatının satışı 6,9 faiz azalacaq. Rabitə xidmətləri kateqoriyasında isə mədaxilin 4,5 faiz azalacağı proqnozlaşdırılır.

Qiymətləndirməyə görə, 2020-ci ildə dünyada İT xərcləri ümumilikdə 3,46 trilyon dollar təşkil edəcək. Bu, bazarın həcminin 3,76 trilyon dollara bərabər olduğu 2019-cu ilin göstəricisindən 8 faiz azdır.

“Xalq qəzeti”

9 2020 14:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə