Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşa yaşa görə müavinət təyin ediləcək

“Saytlardan birində 1954-cü il təvəllüdlü Canbaxışov Cavanşir Kamal oğlunun dərc olunan şikayəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda araşdırma aparıldı”. Bu fikirləri nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkədə etdiyi paylaşımda bildirib. F. Talıbov yazir:

“Vətəndaş 05.12.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət edib. Müraciətinə baxılarkən onun yaşa görə əmək pensiyası təyin etmək üçün tələb olunan nə 25 il iş stajı, nə də 2006-cı ildən sonra minimum pensiya kapitalı olmadığı müəyyən olunub. Belə ki, təqdim olunmuş əmək kitabçaları üzrə iş stajının 7 il 6 ay 10 günü qeyri-dövlət müəssisələrini əhatə edib. Qeyri-dövlət müəssisələrində işlədiyi dövrlərin düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün olmadığından bu illər sığorta stajına daxil edilməyib. Nəticədə özəl müəssisələrdə işlədiyi dövrləri nəzərə almadıqda onun iş stajı 25 ildən az olub. (18 il 2 ay). Həmçinin fərdi hesabında 2006-cı ildən sonra pensiya kapitalı olmadığından mövcud pensiya qanunvericiliyinə əsasən avtomatlaşdırılmış qaydada da pensiya təyinatı aparmaq mümkün olmayıb.

Onu da qeyd edim ki, 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və 64 il 6 ay olan kişilər yaşa görə pensiya hüququ olmadıqda yaşa görə müavinət hüququ qazanırlar. C.Canbaxışovun bu ilin yanvarın 1-dən yaşa görə sosial müavinət hüququ yaranıb. O, 1 saylı DOST Mərkəzinə müraciət etməklə hüququ yaranan tarixdən (1 yanvar 2020) müavinət təyin ediləcək. Bu barədə vətəndaşa da məlumat verilib”.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2020 11:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə