Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artistinin barelyefi bərpa olunacaq

Gəncə Dövlət Dram Teatrının inkişafında xüsusi xidmətləri olan Xalq artisti Ələkbər Seyfi əsassız ittihamlarla 19 il sürgün həyatı yaşayıb, böyük Hüseyn Cavidin kamera yoldaşı olmuşdur. Teatrın indiki binası 1895-ci ildə almanlar tərəfindən bir mərtəbəli çaxır anbarı təyinatı ilə tikilib. 1932-ci ilin dekabr ayının 15-də Bakı Türk İşçi Teatrının yaradıcı kollektivi Gəncəyə köçürülən zaman ayrıca binaları olmayıb və mədəniyyət evlərində, klublarda fəaliyyət göstəriblər. 1935-36 -cı illərdə çaxır anbarı üçün tikilən bina, teatr üçün rekonstuksiya olunub.

1936-cı ildən Gəncə Dövlət Dram Teatrı sözügedən binada fəaliyyət göstərir. 1937-ci ildə xalq artisti Ələkbər Seyfini şərləyiblər ki, "bina rekonstuksiya olunanda bünövrəyə bomba qoymusan, partlayacaq". Bu minvalla Ələkbər Seyfi uzaq Sibirə sürgün olunub. 1956-cı ildə sürgündən qayıtdıqdan sonra Gəncə Dəmir Yolu vağzalında qarşılanarkən kollektivə ilk sualı bu olub. "Mənim qoyduğum bomba partlayıbmı?"  Altay Məmmədovun "Bomba" hekayəsi də buradan yaranıb. Ələkbər Seyfi xatirələrində yazır ki, "Mənim Sibirdə sürgündə olmağımın bir xoşbəxtliyi vardı ki, böyük Hüseyn Cavid mənimlə eyni kamerada yatırdı. Hüseyn Cavid mənim dizlərim üstə vəfat etdi. "Ələkbər Seyfi sürgündən qayıtdıqdan sonra böyük Hüseyn Cavidin məzarının koordinatlarını Milli Təhlükəsizlik İdarəsinə bildirib (bu bilgiləri paylaşan ilk şəxs olub.) Bu faktlar əsasında ümummilli liderimiz Heydər Əliyev böyük Cavidin məzarının yerinin dəqiqləşdirilməsini və sonra Azərbaycana gətirilib, doğma Naxçıvanda dəfn olunmasını təmin edib. İndi belə bir şəxsiyyətin -- Gəncə teatrı (ümumən Azərbaycan mədəniyyəti) üçün 19 il sürgün həyatı yaşayan fədakar ziyalının xatirə-barelyefinin şəhərdə gedən təmir-bərpa işlərindən sonra təkrar yerinə qoyulmaması ziyalılarda ciddi narahatlıq doğurub.

Bu məsələ ilə bağlı bir qrup ziyalının xahişi ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya müraciət daxil olub. Q. Paşayeva Milli Məclisin Mədəniyyət komitəsi adından əlaqədar dövlət orqanları, o cümlədən Gəncə şəhər İcra hakimiyyəti ilə əlaqə saxlayıb. Ələkbər Seyfinin xatirə-barelyefinin bərpa olunması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova rəsmi müraciət edib, telefon əlaqəsi yaradıb. İcra başçısı müraciətə həssas yanaşdığını bildirərək bu məsələnin müsbət həll olunacağını bildirib.

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2020 11:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə