Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus barədə yeni açıqlama

Ümumdünya Səhiyyə Təşkilatının Covid-19 üzrə sözçüsü Tarik Jasareviç koronavirusun mutasiyaya uğraması ilə bağlı deyilənləri təkzib edib. Bu barədə o, REAL TV-yə müsahibəsində açıqlama verərək bildirib:

– İndiyədək virusun özündə heç bir dəyişiklik görməmişik. Virus insan orqanizminə adaptasiya olur və bu adaptasiya elə gedir ki, əksər hallarda orqanizmə az zərər vurur. Virus daşıyıcını öldürmək marağında deyil. Çünki daşıyıcını öldürəcəyi təqdirdə, oradan başqa yerə gedə bilməyəcək. Belə ki, hələlik heç bir mutasiyadan söhbət gedə bilməz. İndiki halda virusa qarşı ya ictimai tədbirlər sayəsində, ya da tədqiqatlar sayəsində çarə tapmağa diqqət etməliyik ki, hazırda da bu proses davam edir.   

R.TAHIR,
“Xalq qəzeti”

9 2020 11:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə