Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yer kürəsinə oxşar planet 3 min işıq ili uzaqlıqda yerləşir

Beynəlxalq alimlər kollektivi “Kepler” kosmik teleskopunun məlumatlarını təhlil edərək iki yeni planet aşkar ediblər. Onlardan  biri fiziki xarakteristikasına görə Yer kürəsinə çox bənzəyir.

Bu barədə xarici mediada yayılan məlumatda bildirilir ki, daha öncə aparılan tədqiqatlarda “Kepler-160b” və “Kepler-160c” ekzoplanetlərinin ulduzun ətrafında fırlandığı müəyyənləşdirilmişdi. “Kepler-160” ulduzu Yer kürəsindən 3 min işıq ili məsafədə yerləşir. Ulduzun parlaqlığının dəyişkənliyinin fiziki modelini ətraflı tədqiq edən alimlər “KOI-456.04” adlandırdıqları potensial ekzoplaneti aşkar ediblər. Onun dövretmə periodu 378 gün təşkil edir. Bundan başqa, tədqiqatçılar güman edirlər ki, bu planetdə su mövcuddur.

Alimlərin bildirdiyinə görə, hələlik “KOI-456.04”ün planet olması ehtimalı 85 faiz təşkil edir. Onlar “KOI-456.04” haqqında daha dəqiq məlumat əldə etmək üçün 2026-cı ildə işə salınması nəzərdə tutulan “Plato” kosmik teleskopunun imkanlarına ümid bəsləyirlər.

R.TAHİR,
“Xalq qəzeti”

9 2020 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə