Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Messi komanda ilə məşqlərə başladı

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi komanda ilə məşqlərə start verib. 

"Report" Kataloniya təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bu gün kollektivə qoşulub. 

Argentinalı oyunçu daha öncə bud əzələsində narahatlığa görə fərdi qaydada məşq edib. 

Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb. "Barselona" iyunun 13-də "Malyorka" ilə qarşılaşacaq.

Salman Musaoğlu,
“Xalq qəzeti”

9 2020 10:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə