Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qalatasaray"ın koronavirus testlərinin nəticəsi

Türkiyənin “Qalatasaray” futbol klubunun oyunçularının, məşqçilər heyətinin və işçilərinin COVID-19 testlərinin nəticələri açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə klub özünün rəsmi saytında bildirib.

Qeyd edilir ki, onların koronavirus testlərinin nəticələri mənfi olub.

Xatırladaq ki, martın 23-də Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub. O, koronavirus testinin müsbət nəticələndiyini və hazırda xəstəxanada olduğunu vurğulayıb.

15 apreldə 66 yaşlı mütəxəssis xəstəlikdən sağaldığını elan edib. Oyunçular arasında koronavirus infeksiyası barədə məlumat verilməyib.

Qeyd edək ki, Türkiyə futbol çempionatı mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Komandalar planlaşdırılan 34 oyundan 26-sını keçirib.

Turnir iyunun 12-də bərpa ediləcək. “Qalatasaray” turnir cədvəlində müvafiq olaraq birinci və ikinci pillələrdə qərarlaşan “Trabzonspor” və “Başakşehir”dən sonra 50 xal toplayaraq üçüncü yerdə qərarlaşıb.

Salman Musaoğlu,
“Xalq qəzeti”

9 2020 10:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə