Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Teatrı Musiqili Teatrda tamaşa verəcək

Sumqayıt Teatrı Musiqili Teatrda tamaşa verəcək

Sumqayıt Dövlət Dram Teatrı oktyabrın 8-də Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olacaq.

Teatrdan bildirmişlər ki, kollektiv teatrsevərlərə Azərbaycan Cümhuriyyətinin 100, Hüseyn Cavidin 135 və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş "Zülmətdə nur" (Nizami Muradoğlu) mənzum pyesi əsasında hazırlanan tamaşanı nümayiş etdirəcək.

Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi bu səhnə əsəri 37-ci il repressiyalarında imperiyanın hədəfinə tuş gələn görkəmli dramaturq, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavidin ailəsinin faciəvi taleyindən, o cümlədən Əhməd Cavad və Mikayıl Müşfiqin kəşməkeşli həyatından bəhs edir.

Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artistləri İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Rövşən Əsgərov, Akif Mirzəyev, İlham Səfərli, Dağlar Rüstəmov, İlahə Səfərova, Sədaqət Nuriyeva, Rövşad İlyasov, Oqtay Mehdiyev, Şəhla Məmmədova, Kamran Muradlı, Orxan Firudinov, Şəmistan Süleymanlı ifa edəcəklər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 Oktyabr 2018 12:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə