Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aşıq Əlixan Niftalıyevin anadan olmasının 75 illik yubileyi qeyd edildi

Aşıq Əlixan Niftalıyevin anadan olmasının 75 illik yubileyi qeyd edildi

Ağstafa rayonunda Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi, aşıq yaradıcılığı və dastan ədəbiyyatının təbliği və təşviqində uzunmüddətli fəaliyyət göstərən Əməkdar mədəniyyət işçisi, aşıq Əlixan Niftalıyevin anadan olmasının 75 illiyi qeyd olunmuşdur. Bu barədə Mədəniyyət  Nazirliyinin rəsmi  saytında məlumat verilib.

Məlumatda bildirilir ki, xalq yaradıcılığı sahəsindəki səmərəli xidmətlərinə görə, habelə 75 illik yubileyi münasibəti ilə aşıq Əlixan Niftalıyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  Fəxri Fərmanı ilə təltif edilmişdir.

Təltifetmə mərasimi aşıq Əlixanın səhhətində olan problem ilə əlaqədar onun yaşadığı evdə keçirilmişdir.

Görüşdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi, mədəniyyət işçiləri və saz sevərlər iştirak etmişlər. Regional idarənin rəisi Ramiz Quliyev fəxri fərmanı yubilyara təqdim etmişdir. Daha sonra rayon aşıqları Əlixan Niftalıyevin repertuarlarından bir neçə mahnı ifa etmişlər.

 

M.MÜKLƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 Oktyabr 2018 12:33 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub

Köhnə versiyamızdan xəbərləri izlə