Ən son xəbərlər
Tender 1 lot üzrə keçiriləcəkdir.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini portal vasitəsilə yerləşdirə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər 250 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu portal vasitəsilə ala bilərlər.
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci ilin sonunadəkdir. Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs - Tağıyev Nurlan Çingiz oğlu.
Ünvan- Qusar şəhəri, H.Əliyev prospekti 140 .
Əlaqə telefonu- (02338) 5-31-83.
Bank - Dövlət Xəzinədarlıgı Agentliyi
VÖEN- 1401555071
Kod- 210005
M h- AZ41NABZ 01360100000000003944
S.W.I.F.T. CTREAZ22
Təşkilat- Qusar RİHB-in Qusar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nüma yəndəliyi
Hh- AZ87CTRE 00000000000002514832
VÖEN-4700044181
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır);
– tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);
– vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
– iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– maliyyə vəziyyəti haqqında bank arayışı;
– son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olub-olmaması barədə vergi orqanından arayış;
– nizamnamə,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 30 iyun 2020-ci il saat 13.00-a , tender təklifi və bank təminatı sənədlərini isə 8 iyul 2020-ci il saat 13.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 9 iyul 2020-ci il saat 13.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə Portal vasitəsilə tanış ola bilərlər.
Tender komissiyası
Köhnə versiyamızdan xəbərləri izlə