Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“Azərbaycan Respublikası Konstitusiya­sının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublika­sının Konstitusiya Qanununu rəhbər tutaraq və “Azərbaycan Respublikasının Korrupsiya­ya qarşı mübarizə üzrə Komissiyası haqqın­da” Əsasnamənin 3-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər Azərbaycan Respub­likasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edilsinlər:

Əliyev Adil Abış oğlu – Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri,

Ağazadə Əminə Həmid qızı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Mirbəşir oğlu Elşad – Azərbaycan Res­publikası Milli Məclisinin deputatı,

Nağıyev Arzu Nəsib oğlu – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Mirzəyev Səfa Abbas oğlu – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.

S.QAFAROVA
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 5 iyun 2020-ci il

6 2020 00:05 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə