Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Ordusu perspektiv silahların təchizatına hazırlaşır

“SIG Sauer” şirkəti “Next Generation Squad Weapons (NGSW)” proqramı çərçivəsində 6,8 mm-lik Sig MCX Spear avtomatlarının və 6,8 mm-lik Sig LMG-6.8 pulemyotlarının sınaq nümunələrinin partiyasını tədarük edib.

Məlumata görə, bu barədə “SİG Sauer” şirkəti məlumat yayıb.

Hər iki silah nümunəsi Sig SLX Suppressor səsboğucu ilə təchiz edilib. Silahlarda 6,8×43 mm-lik XM1186 hibrid döyüş sursatından (6.8mm Remington Special Purpose Cartridge (6.8 SPC, 6.8 SPC II və ya 6.8×43mm)) istifadə olunur.

ABŞ ordusunun keçirdiyi tenderdə “SIG Sauer”, “General Dynamics Corporation” və “AAI Textron” şirkətləri finala çıxmışlar. 2021-ci ilin əvvəllərində keçiriləcək müqayisəli sınaqların keçirilməsindən ötrü şirkətlər qoşunlara avtomatların və pulemyotların sınaq nümunələrini tədarük edəcəklər.

Qeyd edək ki, ABŞ Ordusu 2019-cu ilin mart ayında “AAI Textron” şirkəti yaratdığı 6,8 mm-lik avtomatların və pulemyotların sınaq nümunələrini tədarük edib.

Keçiriləcək müqayisəli sınaqların nəticələri əsasında 100000 ədəd avtomat və açıqlanmayan miqdarda pulemyot alınacaq.

Silahlanmaya qəbul ediləcək yeni avtomatlara NGSW-R markası veriləcək və onlar hazırda istifadə olunan 5,56 mm-lik M4 avtomatlarını əvəz edəcəklər. Qəbul ediləcək yeni pulemyotlara isə NGSW-AR markası veriləcək və onlar 5,56 mm-lik M249 SAW pulemyotları ilə birlikdə istifadə olunacaq.

Elşən AĞALAR,
“Xalq qəzeti”

5 2020 14:28 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə