Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın toponimlərimizi dəyişdirmək siyasəti geniş ifşa olunmalıdır

Son illərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ermənistan dövlətinin işğalçılıq siyasətinin terrorçu mahiyyətinin ifşası istiqamətində ardıcıl addım­lar atılır. Bu barədə dövlət baş­çısı ayrı-ayrı beynəlxalq və yerli tribunalardan dəfələrlə bəyanatlar verib. Bu günlərdə Tərtər Olim­piya İdman Kompleksinin açılı­şındakı çıxışının geniş hissəsini də Azərbaycan Prezidenti Ermənistanın ifşasına həsr etdi. Bu ölkənin kasıblıq içində yaşa­dığı bir vaxtda faşistlərə 6 metrlik abidə ucaltdığını bildirdi.

Dövlət başçısı Ermənistanın bütün qonşu ölkələrə – Azərbaycana, Türkiyəyə, eləcə də Gürcüstana qarşı ərazi iddiaları irəli sürdüyünü də qeyd etdi. Prezident Ermənistana pay verilmiş Azərbaycan torpaqlarındakı toponimlərin zaman-zaman erməni hakimiyyəti tərəfindən dəyişdirilməsi üzərində xüsusilə dayandı: “Onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir”.

Əlbəttə, Azərbaycan tatixçiləri, eləcə də yazıçı və jurnalistlərimiz həmişə bu yaralı mövzuya toxunublar. Xüsusən müstəqillik illərində Azərbaycan mətbuatında bu məsələ ilə bağlı çoxlu yazılar, araşdırma materialla­rı, elmi məqalələr dərc edilib.

Təəssüf ki, Ermənistan dövləti yara­nandan bəri Azərbaycan toponimlərinin dəyişdirilməsi prosesi gedib. Prezidentin dediyi kimi, ermənilər bizim torpaqlarımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rusiya-İran müharibəsindən sonra. 1826-1828-ci illərdə bu ərazidəki yaşayış məntəqələrinin hamı­sının adı türk mənşəli olub. 1828-1830-cu illərdə torpaqlarımıza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. 1893-1895-ci illərdə indiki Ermənistana 900 min erməni köçüb.

1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. Sonradan tarixi saxtalaşdırmaq məqsədilə həmin abidə dağıdılıb.

Azərbaycan torpaqları üzərində erməni dövləti yaranandan bəri toponimlərimiz dəyişdirilir. Ermənistan SSR-də də bu proses davam edib. 1924-1930 illər ərzində Ermənistanda 80 toponim dəyişdirilib. Bu ad dəyişmələrin əsl səbəbi gizlədildə də, aydındır ki, əsas səbəb adların türk mənşəli olması idi. Toponimlərin dəyişdirilməsi pro­sesi II Dünya müharibəsindən sonra (1946- 1950-ci illərdə) daha da sürətlənmişdi. Bunu isə 1946-1948-ci illərdə Yaxın Şərq, Şərqi Avropa və Amerikadan Ermənistana 90 min erməninin köçürülməsi idi. Bununla paralel olaraq, zaman-zaman Ermənistan ərazisində yaşayan soydaşlarımız kütləvi surətdə Azərbaycana deportasiya ediliblər.

Dağlıq Qarabağın işğalından sonra Ermənistan bu ərazidəki adları da dəyişdirir. Çox təəssüflər ki, bu proses beynəlxalq ictimaiyyətin gözləri qarşısında baş verir və inadlı susqunluqla müşayiət edilir. Buna baxmayaraq, biz tarixçilər mütəmadi olaraq bu faktları Azərbaycan, eləcə də dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu sahədə alimlərimizin üzərinə böyük məsuliyyət düşür. Ermənilərin addəyişmə siyasəti geniş ifşa olunmalıdır. Prezident İlham Əliyevin bu sahədəki xidmətləri isə ölçüyəgəlməzdir.

Amma dövlət başçısının bəyan etdiyi kimi, ölkəmiz get-gedə güclənir və inanı­rıq ki, görülən işlər son nəticədə itirilmiş torpaqlarımızın azad edilməsinə gətirib çıxaracaq.

Nizami SÜLEYMANOV,
tarix elmləri doktoru, professor

5 2020 03:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə