Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçımız pandemiya dövründə də regionlara səfərlərini davam etdirir

Son illər regionlarımızın sosial-iqtisadi, infrastruktur inkişafı baxımından diqqət mərkəzində saxlanması, bu istiqamətdə layihələrin reallaşdırılması ənənə halını almışdır. Maraqlı məqam isə odur ki, dünyada qlobal koronavirus pandemiyası hökm sürdüyü bir dövrdə belə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva regionlarımıza diqqət və qayğılarını əsirgəmirlər.

Bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

Deputat qeyd edib ki, dövlət başçımız və Birinci vitse-prezidentimizin mayın 25-də Şamaxı rayonuna səfərə gəlmələri, əhalinin rifah halının yüksəldilməsi üçün nəzərdə tutulan bir sıra irimiqyaslı layihələrin açılışında iştirak etmələri, dini-mənəvi abidələrin restavrasiyasına böyük diqqət ayırmaları və digər tədbirlər belə həssas günlərdə regionlarımıza dövlət qayğısının daimi olmasını bir daha təsdiqlədi. Biz bu inkişafın nəticələrini Azərbaycanın bütün bölgələrində görürük. Hansı rayona getsək, modernləşmənin, infrastruktur layihələrinin ürəkaçan nəticələrinin şahidi oluruq. Bu dəyişikliklər vətəndaşların həyat səviyyəsinin artmasında, yeni iş yerlərinin açılmasında, sakinlər üçün hər cür şərait yaradılmasında özünü qabarıq göstərir. Bu, bir daha onu sübut edir ki, Azərbaycan dövləti üçün insan kapitalı ilə bağlı olan seqmentin maraqları, sosial-iqtisadi layihələr ön plandadır və hətta belə həssas zaman kəsiyində bu addımlar təxirə salınmır.

T.Cəfərova bildirib ki, cənab Prezidentin və Birinci vitse-prezidentin vaxtaşırı bütün bölgələrə, o cümlədən, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şamaxıya ardıcıl səfərləri diqqət və qayğının sistemli xarakter aldığını sübut edir. Xüsusilə, Ramazan bayramı günlərində dövlət başçısının bu səfəri, sakinlərin sevincinə səbəb oldu. Prezident və birinci xanım tərəfindən Şamaxı rayonunun infrastrukturunun daha da gözəlləşməsi, böyük layihələrin reallaşması əhalinin rifah halının yüksəlməsinə, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə növbəti töhfə oldu.

Qələmə aldı: Anar TURAN, “Xalq qəzeti”

5 2020 03:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə