Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib

İyunun 4-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, iclasda pan­demiya ilə əlaqədar Yeni Azərbaycan Partiyasının gör­düyü işlər barədə məlumat dinlənilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pande­miyanın vura biləcəyi zərərin qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilib. Görülən tədbirlər sırasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi də xüsu­si diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alın­ması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə Yeni Azərbaycan Partiya­sı yaxından və fəal iştirak edib, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib. Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bütövlükdə 500 min manat, Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna isə 30 min manat ianə edib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə ayrılmış ərzaq yardımları YAP-ın könüllüləri tərəfindən 33355 imkansız ailəyə çatdırılıb.

Yeni Azərbaycan Parti­yası tərəfindən 21-29 mart tarixlərində ”Sağlamlığımız milli həmrəyliyimizdədir” devizi ilə keçirilən kampaniya çərçivəsində bütün respubli­ka ərazisində ahıl, imkansız və ehtiyacı olan 7780 ailəyə könüllülər vasitəsilə gigiye­nik vasitələr çatdırılıb. YAP tərəfindən aprelin 4-də start verilmiş və xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində davam edən ak­siya çərçivəsində partiyanın rayon təşkilatlarının, eləcə də fəalların maliyyə dəstəyi ilə 17324 ailəyə ərzaq və digər yardımlar göstərilib.

Yeni Azərbaycan Partiya­sının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aprelin 4-də başladığı birgə sosial aksiya çərçivəsində isə 21138 ailəyə sosial xidmət göstərilib.

İclasda, həmçinin Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərən komissiya­ların yenidən formalaşması məsələsi müzakirə edilib. Qəbul edilmiş qərara əsasən, komissiyaların tərkibində müvafiq dəyişikliklər edilib. İclas iştirakçıları komissiya­ların fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində təkliflərlə çıxış ediblər.

Daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

5 2020 03:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə