Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Siz bizim ümid və pənah yerimizsiniz, cənab Prezident!”

Dünya yeni növ koronavirus (COVİD-19) infeksiyasının sürətli yayılması səbəbindən yaranan ciddi təhlükələrlə mübarizəni da­vam etdirir. Azərbaycan dövləti də təhlükəli xəstəliyin vura biləcəyi ziyandan az itki ilə çıxmaq üçün ciddi addımlar atır. Xüsusilə qeyd etmək lazımdır ki, koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə ən səmərəli tədbirlər həyata keçiri­lir. Məhz ölkə başçısının uzaqgörənliklə qəbul etdiyi qərarlar sayəsində bu gün Azərbaycanda vəziyyət digər ölkələrlə müqayisədə daha yaxşıdır. Prezident İlham Əliyevin pandemi­ya şəraitində cəmiyyətin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinin, habelə fərdi və müxtəlif iqtisadi subyektlərin maliyyə cəhətdən dəstəklənməsi də vətəndaşlar tərəfindən böyük məmnuniyyətlə qarşılanır.

Məsələn, Bərdə rayonu, Ağdərə rayonundan məcburi köçkün Aysel Aslanzadə yazır: “Mən keçmiş Ağdərə rayonundan məcburi köçkünəm. Hazırda Bərdə rayonunda yaşayıram. Sizin diqqət və qayğınızı biz məcburi köçkünlər hər zaman hiss edirik”. COVID-19 pandemi­yasının dünyanı lərzəyə gətirdiyi vaxtda Prezident İlham Əliyevin necə müdrik və qayğıkeş dövlət başçısı olduğunu hamının şahidi olduğunu vurğulayan A.Aslanzadə əlavə edir ki, məktubu yazmaqda əsas məqsədi xalqımızı bu çətin bəladan qurtarmasında ölkə başçı­sının həyata keçirdiyi məqsədyönlü işlər üçün dərindən təşəkkürünü bildirməkdir: “Cənab Prezident, xalqımız Sizi sevir. Siz bizim ümid və pənah yerimizsiniz”.

Ağcabədi şəhər sakini Zülfiyyə İsmayılova Azərbaycan vətəndaşı olaraq ölkə başçısı ilə fəxr etdiyini vurğula­yır: “Siz Azərbaycan xalqının layiqli övladısınız. Siz xalqını sevən, hər bir vətəndaşının qayğısına qalan müdrik dövlət başçısısınız. Siz bunu COVID-19 epidemiyası dövründə bir daha sübut etdiniz”. Dövlətimizin dəstəyinin korona­virusla mübarizədə vətəndaşlara böyük stimul verdiyini bildirən Z.İsmayılova əlavə edir ki, bu dövrdə dövlətin ayırdı­ğı birdəfəlik ödəməni almışdır. Məktub müəllifi qeyd edir ki, bu yardımın vətəndaşlara ödənilməsi Prezident İlham Əliyevin xalqa göstərdiyi qayğı­nın daha bir nümunəsidir: “Yaxşı ki, Siz Azərbaycanın Prezidentisiniz və biz hər zaman Sizin arxanızdayıq!”.

Cəlilabad rayon sakinləri, Qasım Miriyev, Vüsal Ağayev, Emil Ağa­yev, İlqar Ağayev, Qəyum Ağayev və Kamran Məmmədov ölkə başçısına pandemiya şəraitində fərdi sahibkarla­ra yaradılan şəraitə görə minnətdarlıq edirlər: “Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğı bizim Kazımabad kəndinin sakinlərindən də yan keçmir. Hazırda mövsümlə əlaqədar olaraq rayo­numuzun kəndlərində insanlar əkinçiliklə məşğuldurlar. Biz kəndlilər əsasən kartof əkib-becəririk. Belə bir ağır dövrdə məhsulumuzu xarici bazarlara çıxarmağı­mıza böyük imkanlar yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Məhsullarımız iritonnajlı yük maşınları ilə xarici bazarlara daşınır. Siz həqiqətən də hər bir azərbaycanlının Prezidentisiniz! Allah Sizi qorusun!”.

Əlbəttə, bu gün pandemiyanın daha təhlükəli vəziyyətə gətirib çıxarmamasın­da vacib amillərdən biri də ölkə əhalisinin Prezident İlham Əliyevin Azərbaycanın ağır şəraitdə lazımi nəticələrin əldə olunmasına hərtərəfli dəstəkləməsi oldu. Ölkə başçısı çıxışlarında da bildirmişdi ki, koronavirusla mübarizədə Azərbaycanın əldə etdiyi başlıca uğurun məsuliyyət və nizam-intizamın yüksək səviyyədə olması, milli birlik nümayiş etdirilməsidir. Bununla bağlı Cəlilabad rayonu, Muğan kənd sakinləri Azad Dövlətov, Raqib Qürbətov, Nusrət Filatov, İntiqam Qarayev, Cavid Qarayev, Eldar Hüsyenov, Xanlar Adıgözəlov və Əfqan Dövlətov yazırlar: “Bu gün ölkəmizdə xalq-hakimiyyəti birliyi və həmrəyliyi müşahidə olunur. Azərbaycan xalqı pisi yaxşıdan, ağı qaradan seçməyi bacarır. Məhz Sizin düşünülmüş siyasətiniz və səyləriniz sayəsində biz kənd əhalisi davamlı sabitlik şəraitində yaşayır və fəaliyyət göstəririk”.

Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Zara Niftiyeva da pandemiya dövründə ölkə başçısının Azərbaycan xalqına göstərdiyi dəstəyin, bütün şücaətlərinin göz qarşısında olduğunu yazır və xalqın haqlı olaraq Prezident İlham Əliyevlə fəxr etdiyini vur­ğulayır: “Cənab Prezident, Sizə bir daha uğurlar diləyir, ailəmiz adından dərin təşəkkürümüzü bildirirəm”.

Pandemiyanın hələ də güclü oldu­ğu bir dövrdə Azərbaycan dövlətinin vətəndaşların rihaf halını daim düşünməsi və ölkədə ictimai-siyasi proseslərin öz axarında inkişaf etməsi üçün zəruri addımları atması cəmiyyətdə alqışlanır. Bakı şəhəri, Yasamal rayon sakini Taleh Mansurov ölkə başçısına ün­vanladığı məktubda bir gənc olaraq Prezidentə minnətdarlıq etməyi özünə həm vətəndaşlıq, həm də vicdan borcu bildiyini vurğulayaraq yazır: “Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də tibbi baxımdan ağır sınaqdan keçir. Dünyada "supergüc" hesab edilən ölkələrdə pandemiyanın ağır nəticələri artıq özünü göstərməyə başlayır. Dünyanın bu mənzərəsi fo­nunda ölkəmizdəki sabitlik, dövlətin vətəndaşlara yardımları Azərbaycanın bu pandemiyadan ən az zərərlə çıxacağı­nın göstəricisidir. Bu gücün əsas səbəbi Sizin xalqımıza olan sevginiz, güclü iradənizdir”. T.Mansurov ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimiz və xalqımız üçün bütün güclərilə çalışmalarının danılmaz fakt olduğunu da bildirir: “Mən də bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli övlad olmağa çalışıram.Tanrı Sizi qorusun”.

Ölkə başçısına göndərilən minnətdarlıq məktubları arasında məktəbli soydaşlarımız da var. Məsələn, İsmayıllı rayonu, Topçu kəndi sakini Sevinc Hüseynova yazır: “Möhtərəm cənab Prezident. Mən İsmayıllı rayo­nunun Topçu kənd tam orta məktəbinin 8-ci sinif şagirdiyəm. Bütün dünyanı sarsıdan koronavirus zamanı ölkəmizi qoruduğunuza, bu xəstəliyə qarşı mühüm işlər gördüyünüzə, dövlətimizin yüksəlişi üçün əlinizdən gələni etdiyinizə görə Sizə təşəkkür edirəm”. S.Hüseynova əlavə edir ki, digər ölkələrdə bu virus çoxsaylı tələfata səbəb olsa da, Prezident İlham Əliyevin sayəsində Azərbaycanda xəstələrin sayı azdır: “Mən inanıram ki, xalqımız Sizin sayənizdə bu çətin günlərdən üzüağ çıxacaqdır. Biz birlikdə qalib olacağıq!”.

Digər məktəbli, Goranboy rayon sakini Cəfər İbrahimli də ölkə başçısına ünvanladığı məktubda minnətdarlığını belə ifadə edir: “Salam cənab Prezidentimiz. Mən Goranboy rayon Mübariz Fərmanov adına Xoylu kənd tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Əlaçıyam. Koronavirus infeksiyası təhlükəsi ilə əlaqədar evdə qalmağımıza baxmayaraq, biz onlayn dərslər vasitəsilə təhsilimizdən geri qalmırıq. Bizə yaratdığınız bu şəraitə görə cənab Prezident, Sizə öz minnətdarlığımı bildirir və təşəkkür edirəm”.

Hazırladı: Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

5 2020 03:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə