Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisdə keçirilən görüşdə Azərbaycan ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasındakı əlaqələrdən danışılıb

İyunun 4-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Emanuela Bertinqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə BQXK arasında əlaqələrin tarixindən danışılıb. Bildiri­lib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu beynəlxalq qurumla münasibətlər daha da genişlənib, yeni müstəviyə qədəm qoyub. Söhbət zama­nı komitənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyəti, itkin düşmüş şəxslərin məsələlərinin diqqət mərkəzində saxlan­ması, eləcə də təmas xətti yaxınlığında yaşayan insanların təhlükəsizliyinin qo­runması və onlara yardım göstərilməsi sahəsində gördüyü işlər barədə fikir mübadiləsi aparılıb.

Milli Məclis Sədrinin müavini Adil Əliyev Ermənistanın Azərbaycana təcavüzü, əzəli torpaqlarımızın zəbt olunması nəticəsində 1 milyondan çox soydaşımızın məcburi köçkün olması­nı, Ermənistanın apardığı təcavüzkar siyasətin İnsan Hüquqları haqqında Avropa Konvensiyasının tələblərinə zidd olmasını qonaqların diqqətə çatdırdı. Bununla yanaşı, o, 2014-cü ildə Azərbaycanın tarixi torpağı olan Kəlbəcər rayonuna səfər edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsassız olaraq tutulması, hazırda qondarma rejim tərəfindən həbsdə saxlanması, on­larla qeyri-insani rəftar olunması barədə narahatçılığını da dilə gətirib.

Söhbət zamanı qonaqlara itkin düşmüş şəxslərlə bağlı Azərbaycan hökumətinin gördüyü işlər, Milli Məclisdə hazırlanan qanun layihələri barədə məlumat verilib, bu sahələrdə birgə əməkdaşlığın əhəmiyyətindən danışılıb.

5 2020 03:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə