Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Keşikçidağ” qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

Xəbər verildiyi kimi, “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstanın bir qrup vətəndaşı tərəfindən 2020-ci il iyunun 4-də dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlaşdırıldığına dair məlumatlar əldə olunub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan–Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb.

Bir daha bildirilir ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin keşiyində qətiyyətlə dayanıb.

5 2020 03:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə