Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə iqtisadiyyatında qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə əlaqədar sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, eləcə də Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirmə alətlərinin genişləndirilməsi məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1510; 2019, № 4, maddə 614, № 6, maddə 1049) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4-cü hissə ləğv edilsin;
2.2. 5.3.1 – 5.3.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“5.3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı;
5.3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
5.3.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
5.3.4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi;”;
2.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi” üzrə:
2.3.1. 1.5-ci bənddə “və blankları” sözləri “blankları və loqotipi (emblemi)” sözləri ilə əvəz edilsin;
2.3.2. aşağıdakı məzmunda 2.2.1-1-ci və 2.2.1-2-ci yarımbəndlər əlavə edilsin:
“2.2.1-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək;
2.2.1-2. sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;”;
2.3.3. aşağıdakı məzmunda 3.1.1-1-ci yarımbənd əlavə edilsin:
“3.1.1-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək;”;
2.3.4. 3.1.2-ci yarımbənd ləğv edilsin;
2.3.5. 3.1.4-cü yarımbənddə “Fondun vəsaiti hesabına maliyyələşdiriləcək” sözləri “Fonda təqdim olunan” sözləri ilə əvəz edilsin;
2.3.6.  3.1.7-ci yarımbənddə “Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün” sözləri “Fonda təqdim olunan” sözləri ilə əvəz edilsin;
2.3.7. aşağıdakı məzmunda 3.1.9-1-ci yarımbənd əlavə edilsin:
“3.1.9-1. iqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq;”;
2.3.8. 3.1.10-cu, 3.1.11-ci və 3.1.12-ci yarımbəndlər ləğv edilsin;
2.3.9. 3.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.2.1. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq, təkliflər vermək, bu məqsədlə əqdlər bağlamaq və könüllü ianə, yardım, qrant almaq;”;
2.3.10. 4.5.1 – 4.5.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“4.5.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı;
4.5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
4.5.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
4.5.4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi.”;
2.3.11. 4.9.7-ci yarımbəndə “daxilolmaların (faiz, cərimə və sair)” sözlərindən sonra “və fəaliyyətindən əldə olunmuş digər gəlirlərin” sözləri əlavə edilsin;
2.3.12. aşağıdakı məzmunda 4.9.7-1 – 4.9.7-4-cü yarımbəndlər əlavə edilsin:
“4.9.7-1. müvəkkil kredit təşkilatının Fond qarşısındakı borc öhdəliyinin restrukturizasiyası (öhdəliyin icrasına möhlət verilməsi) qaydasını müəyyən etmək;
4.9.7-2. müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda, Fondun vəsaiti hesabına maliyyələşdirilən kredit portfelinin hamısının və ya bir hissəsinin ləğvetməyə məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından) digər müvəkkil banka (və ya bank olmayan kredit təşkilatına) köçürülən güzəştli kreditin restrukturizasiya şərtlərini müəyyən etmək;
4.9.7-3. Fondun müvəkkil kredit təşkilatları vasitəsilə yerləşdirilən aktivlərinin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması (o cümlədən ümidsiz aktivlərin silinməsi) qaydalarını təsdiq etmək və nizamnamə fondunun dəyişdirilməsi barədə müvafiq təkliflər vermək;
4.9.7-4. Fond qarşısında öhdəlikləri yerinə yetirməyən müvəkkil kredit təşkilatları ilə bağlı həyata keçirilməli daxili prosedurları nəzərdə tutan qaydaları təsdiq etmək;”;
2.3.13. 4.9.8-ci yarımbəndə “habelə” sözündən əvvəl “fəaliyyət istiqamətləri ilə bağlı komitələrin əsasnamələrini,” sözləri əlavə edilsin;
2.3.14. 4.9.15-ci yarımbənddən “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” sözləri çıxarılsın;
2.3.15. 4.9.16-cı yarımbənddə “Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün” sözləri “Fonda təqdim olunan” sözləri ilə əvəz edilsin;
2.3.16. 4.9.17-ci yarımbənddən "Fondun vəsaiti hesabına verilmiş” sözləri çıxarılsın;
2.3.17. 4.9.21-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.9.22-ci yarımbənd əlavə edilsin:
“4.9.22. Fondun Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.”;
2.3.18. 4.18-ci bənddə “Mülki Məcəlləsində müəyyən edilmiş” sözləri “normativ hüquqi aktlarından irəli gələn” sözləri ilə əvəz edilsin;
2.3.19. 5.5-ci bəndin birinci cümləsində “ayda” sözü “rübdə” sözü ilə əvəz edilsin;
2.3.20. 5.6.14-cü yarımbənddə “bağlı” sözündən sonra  “komitələr,” sözü əlavə olunsun;
2.3.21. 7.3-cü bəndin ikinci cümləsinə “daxilolmalar (faiz, cərimə və sair)” sözlərindən sonra “və fəaliyyətindən əldə olunmuş digər gəlirlər” sözləri əlavə edilsin;
2.3.22. aşağıdakı məzmunda 7.3-1-ci bənd əlavə edilsin:
“7.3-1. Fondun milli valyutada pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankında açılan bank hesablarında saxlanıla bilər.”;
2.3.23. 7.4-cü bənd ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 2.3.2-ci yarımbəndində nəzərdə tutulan fəaliyyətin təmin edilməsi məqsədilə sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 2.3.2-ci yarımbəndində nəzərdə tutulan subsidiyanın verilməsində istifadə olunan vəsaiti nəzarətdə saxlasın və subsidiyalaşdırma başa çatdıqdan sonra Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun nizamnamə fondunda dəyişiklik edilməsi barədə təkliflərini 3 (üç) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Bu Fərmanın 2.2-ci bəndinə və 2.3.12-ci yarımbəndinə müvafiq olaraq aidiyyəti dövlət qurumları 10 (on) gün müddətində Fondun Müşahidə Şurasının üzvlərinin təyin olunmasını təmin etsinlər.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2020-ci il

4 2020 23:28 - FƏRMANLAR
FƏRMANLAR
8 İyul 2020 | 01:57
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 392 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 126-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 1 iyul tarixli 459 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2012-ci il 8 may tarixli 624 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 9 avqust tarixli 1008 nömrəli və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il30 sentyabr tarixli 329-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il14 noyabr tarixli 1105 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
8 İyul 2020 | 01:56
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 dekabr tarixli 822 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli 122-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 443 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 7 may tarixli 755 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli və “Məhkəmələr və hakimlər haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Prokurorluq haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 23 noyabr tarixli 185 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
8 İyul 2020 | 01:55
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 392 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 126-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 1 iyul tarixli 459 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2012-ci il 8 may tarixli 624 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 9 avqust tarixli 1008 nömrəli və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 329-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 14 noyabr tarixli 1105 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə