Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Necdet Ünüvarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Necdet Ünüvar “Dostluq” ordeni ilə təltif edilsin. 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,  4 iyun 2020-ci il

4 2020 23:24 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə