Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz rayonunda zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir

Tovuz rayonu ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərvericilərə və xəstəliklərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən rayon ərazisində zərərvericilərə qarşı 317 hektar sahədə fitosanitar müşahidələr həyata keçirilib və 92 hektar sahənin Tut qalxanlı yastıcası,18 hektar sahənin isə Yaponiya yalançı qalxanlı mumlu yastıcası ilə sirayətləndiyi müəyyən edilib.

Tovuz rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat sahibləri tərəfindən Tut qalxanlı yastıcasına qarşı 3 hektar sahədə, Yaponiya yalançı qalxanlı mumlu yastıcasına qarşı isə 6 hektar sahədə kimyəvi mübarizə aparılıb.

Tut qalxanlı yastıcasına qarşı kimyəvi və aqrotexniki mübarizə tədbirlərinin aparılması tövsiyə edilir. Aqrotexniki  mübarizə zamanı zərərverici aşkar edilmiş ağacların qabıqlarını payızda və yazın əvvəllərində dəmir fırça ilə təmizləmək lazımdır. Kütləvi halda sirayətlənmiş budaqları kəsmək və bir yerə yığaraq yandırmaq, eləcə də ağacların dibinə fosfor və kalium gübrələri vermək tövsiyə olunur.       

Yaponiya yalançı qalxanlı mumlu yastıcasına qarşı karantin tədbirlərinə düzgün əməl edilməli, yastıca yayılmış rayonlardan başqa rayonlara tunglərin və calaq üçün çubuqların göndərilməsinə yol verilməməlidir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

4 Oktyabr 2018 10:53 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə