Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya şəraitində iqtisadiyyata maliyyə dəstəyi davam edir

Koronavirus (COVID-19) pandemiyasından zərərçəkən sahibkarlara dövlətin maliyyə dəstəyinin göstərilməsi davam edir. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiqlənən Tədbirlər Planına əsasən, indiyədək nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 257 min 522 işçini əhatə edən 28 min 56 vergiödəyicisi tərəfindən müraciət olunub.

Bugünədək təsdiqlənən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,73 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 47,36 milyon manat təşkil edib. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 min 131 vergiödəyicisinə 201 min 250 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 77,54 milyon manat vəsaitin köçürülməsi təmin olunub.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 112 min 565 vergiödəyicisindən müraciət daxil olub, 105 min 173 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiqlənən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 60,2 milyon manat müəyyənləşdirilib. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 57,71 milyon manat vəsaitin 99 min 603 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsi təmin edilib.
Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. 
Bu dövrdə aqrar sektora da maliyyə dəstəyinin göstərilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, cari il iyunun 1-dək 512 fermerə 5,2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu vəsaitin 4,5 milyon manatı heyvandarlıq, 335 min manatı əkinçilik, 208 min manatı bağçılıq, 102 min manatı isə arıçılıq və digər ailə kəndli-fermer təsərrüfatlarının qurulmasına və inkişafına ayrılıb.
Mikrokreditlərin verilməsinə bu il may ayının 23-dən başlanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 8 aprel 2020-ci il tarixli fərmanları ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Əsasnaməsində və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişikliklərin edilməsi, daha sonra isə ölkə başçısının “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” imzaladığı sərəncamla AKİA-ya 30 milyon manat vəsaitin ayrılması aqrar mikrokreditlərin verilməsi üçün hüquqi baza yaradıb və portfel formalaşdırıb. Bu portfelə ölkənin ən böyük holdinqlərindən olan “Paşa Holding” MMC 5 milyon manat vəsait əlavə edib.
Ötən yarım ay ərzində 512 fermerə 5,2 milyon manat mikrokreditin verilməsi, orta çekin 10 min manat ətrafında olması bir ildən də az zaman ərzində mövcud portfeldən 3500-dən çox fermerin faydalanacağını söyləməyə əsas verir. Mikrokreditləri çıxmaq şərtilə 2018-ci ildən bu il iyunun 1-dək cəmi 885 kənd təsərrüfatı məhsulu istehsalçısına güzəştli nağd pul krediti verilib. Bu göstərici mikrokredit mexanizminin daha geniş istehsalçı kütləsini əhatə etməklə kənd təsərrüfatının inkişafında xidmət edəcəyini və daha çox kəndli fermer ailəsinin bu dövlət dəstəyindən faydalanacağını təsdiqləyir.
Qeyd edək ki, aqrar mikrokreditlər 15 min manatadək məbləğdə, illik 12 faiz olmaq şərtilə, təminatsız və 3 ilədək müddətdə verilir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

4 2020 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə