Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq.
Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

“Xalq qəzeti”

4 2020 23:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə