Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-1. Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisinin geoloji-mühəndisi işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti işlərinin satın alınması. 
Tender iddiaçılarına təklif edilir ki, dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalına (portal) elektron imza vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə etsinlər. 
İddiaçılar 200,00 (iki yüz) manat məbləğdə iştirak haqqını “Asan ödəniş” sisteminə nağdsız ödəniş etməklə tender üçün  təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını, son 3 (üç) ilin maliyyə hesabatlarını və son ildəki maliyyə vəziyyətini əks etdirən bank arayışı.
- layihələr tibb müəssisələrində sanitariya-epidemiloji tələblərə və qaydalara uyğun hesablanmalıdır.
- layihələr yüksək səviyyəli dizayn və  memarlıq üslubu ilə hazırlanmalıdır.  
- iştirak haqqının ödənilməsi barədə bank sənədi.
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri (hüquqi sənədlərin surəti notarial qaydada təsdiq olmalıdır).
- iddiaçının vergilərə və icbari ödənişlərə aid borcunun olub-olmaması haqqında müvafiq arayış.
- tender təklifi  qiymətinin 1 faizi  həcmində bank zəmanəti (təklifin qüvvədə olma müddətindən sonra 30 bank günündən çox olmalıdır). 
Tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalmalıdır. 
Iddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. 
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıdakı  sənədləri 25 iyun 2020-ci il saat 17.00-a, tender təklifi və  bank zəmanəti sənədlərini isə 
6 iyul 2020-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidilər.
Tenderin açılışı 7 iyul 2020-ci il saat 15.00-da olacaqdır.
Qeyd- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. 

 

Tender komissiyası

5 İyun 2020 00:08 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
30 Sentyabr 2020 | 23:35
B i l d i r i ş
30 Sentyabr 2020 | 23:35
B i l d i r i ş
30 Sentyabr 2020 | 23:04
B i l d i r i ş
29 Sentyabr 2020 | 00:30
B i l d i r i ş
29 Sentyabr 2020 | 00:30
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə