Ən son xəbərlər
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini portal vasitəsilə yerləşdirsinlər.
Tenderdə iştirak etmək istəyənlər 250 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu portal vasitəsilə ala bilərlər.
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-dəkdir. Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.
Əlaqələndirici şəxs- İskəndərova Nərgiz Əyyub qızı.
Ünvan- Qusar şəhəri, H.Əliyev prospekti 134. Telefon- (02338) 5-24-98.
Tender 1 lot üzrə keçiriləcəkdir.
Bank -Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
Kod-210005
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREAZ22
H/h-AZ17CTRE00000000000002514831 VÖEN-4700037841
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır);
– tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);
– vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
– iddiaçıların fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– maliyyə vəziyyəti haqqında bank arayışı;
– son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq vergi orqanından arayış;
– nizamnamə, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– müvafiq sahə üzrə lisenziya.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun keçiriləcəkdir.
Iddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 30 iyun 2020-ci il saat 11.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 8 iyul 2020-ci il saat 11.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 9 iyul 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri haqqında portal vasitəsilə tanış ola bilərlər.
Tender komissiyası
Köhnə versiyamızdan xəbərləri izlə