Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha üç polisə qarşı ittiham

“Asociated Press” agentliyinin yaydığı məlumata görə, ABŞ prokurorları afroamerikalı Corc Floydun qətli ilə bağlı sabiq polis əməkdaşı Derek Çovinə qarşı ittihamı sərtləşdirib. Bundan başqa, Derek Çovinlə yanaşı, onun daha üç həmkarına qarşı ittiham irəli sürülüb.
Mənbə qeyd edir ki, Minnesota şəhərinin baş prokuroru Kit Ellison dizi ilə Corc Floydun boynunu sıxan Derek Çovinə qarşı ittihamı ağır cinayət işləyən zaman istəməyərək ikinci dərəcəli qətlə səbəbolma maddəsi ilə dəyişib. O, əvvəlcə üçüncü dərəcəli qətlə səbəbolma maddəsi ilə ittiham edilirdi.
Bildirilir ki, insident zamanı hadisə yerində olan daha üç polis əməkdaşına da qətldə iştirak maddəsi ilə cinayət işi açılıb. Ötən həftə onların hamısı işdən çıxarılmışdı.
Xatırladaq ki, mayın 25-də afroamerikalı Corc Floyd polis tərəfindən öldürülüb. İnsidentlə bağlı kadrları sosial şəbəkədə yayıldıqdan sonra əvvəlcə Minnesota, sonra isə ABŞ-ın bir çox şəhərlərini etiraz dalğası bürüyüb. Kütləvi etiraz aksiyaları və onları müşayiət edən iğtişaşlar və talanlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

4 2020 22:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə