Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya üzrə 7 milyona yaxın insan koronavirusa yoluxub

“Euronews” agentliyinin yaydığı məlumata görə, dünya üzrə koronavirusa 6 milyon 500 mini ötüb. 388 min 422 nəfər isə ölümsaçan xəstəliyin qurbanı olub. Həmçinin 3 milyon 188 minə yaxın xəstə sağalıb.

“Worldometer” saytı isə yazır ki, dünya üzrə ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Burada koronavirusa yoluxanların sayı 1,9 milyonu ötüb. Bu göstəriciyə görə ikinci yerdə Braziliya (584 min 562 nəfər) qəararlaşıb. İlk üçlüyü Rusiya (441 min 108 nəfər) tamamlayır. 
Sonrakı yerləri İspaniya (287 min 406 nəfər), Böyük Britaniya (279 min 856 nəfər) və İtaliya (233 min 836 nəfər) tuturlar.
Qeyd olunur ki, ABŞ COVİD-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 109 min 146 nəfər. Böyük Britaniyada 39 min 728, İtaliyada 33 min 601, Braziliyada 32 min 568, Fransada isə 29 min 21 nəfər koronavirus səbəbindən həyatını itirib. Ölənlərin sayına görə altıncı yerdə qərarlaşan İspaniyada bu göstərici 27 min 128 nəfər təşkil edir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

4 2020 22:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə