Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Güclü külək Moskvada fəsadlar törədib

Güclü külək Rusiya paytaxtında fəsadlar törədib. Moskva şəhər merinin müavini Pyotr Biryukov bildirib ki, güclü külək 44 ağacı aşırıb. 25 avtomobilə ciddi ziyan dəyib. Aramsız yağan yağış nəticəsində Moskva küçələrinin əksəriyyətində sel gedib.

Fəsadları aradan qaldırmaq üçün 220 nəfər kommunal təsərrüfat işçisi və 70 ədəd texnika səfərbər edilib.
Qeyd edək ki, güclü külək və aramsız yağışlar Kabardin –Balkar və Çeçenistan respublikalarında da fəsadlar törədib. Nalçik şəhərində koronavirusdan müalicə alanların yerləşdiyi xəstəxananın pəncərələrini güclü külək qırıb. Küçələrdən isə sel gedib. Qroznıda küləyin sürəti saniyədə 30 metrə çatıb. Xeyli ağac, elektrik dirəkləri aşıb. 200 min nəfər işıqsız qalıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

 

4 2020 22:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə