Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirdə 100-dək otel yerli turistlər üçün açıq elan edilib

“Business İnsider”in məlumatına görə, büdcə gəlirlərinin böyük bir hissəsinin turizm sektorundan əldə edildiyi Misirdə hökumət 99 otelə fəaliyyətini bərpa etmək üçün lisenziya verib.

Mənbə qeyd edir ki, bu barədə Misirin Turizm Nazirliyi məlumat yayıb. Sözügedən otellər paytaxt Qahirə, Qırmızı dəniz sahilləri, İsgəndəriyyə, Süeş və Asuanda yerləşir.

Nazirliyin məlumatında qeyd olunub ki, iyunun 8-dən fəaliyyətini bərpa edəcək otellərin qonaq qəbuletmə həcmi 50 faizə endirilib. Səhiyyə Nazirliyi və Turizm Assosiasiyası onların COVID-19 pandemiyasına qarşı hazırlıq səviyyəsinə nəzarət edəcək.

Daxili səyahətlərin və uçuşların bərpa edilməsi ilə yanaşı, beynəlxalq aviareyslərin və turizmin bərpası hazırda Misir hökumətinin qarşısında duran ən vacib məsələlərdən biridir. Mart ayından bəri bağlanılan aeroportlar və otellər bazar ertəsi günündən yenidən fəaliyyətə başlayacaq. Lakin iyunda əcnəbi turistlərin ölkəyə gəlməsi mümkün olmayacaq. Bu, bir çox ölkənin sərhədlərinin hələ də bağlı olması, habelə pandemiya şəraitində insanların səyahətə ehtiyatla yanaşması ilə əlaqədardır.

“Xalq qəzeti”

4 2020 17:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə