Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Osman Dembele “Yuventus”a keçə bilər

“Marca”nın məlumatına görə, “Barcelona”nın hücumçusu Osman Dembele karyerasını İtaliyada davam etdirə bilər.

Bildirilir ki, oyunçu “Juventus”a keçməyə razılıq verib. Məlumata görə, A Seriyası təmsilçisi Kataloniya klubu ilə danışıqları davam etdirir. Dembele bu transferə müsbət yanaşsa da, “Barcelona” onu buraxmaq niyyətində deyil. Bu səbəbdən də komanda “Juventus”dan oyunçunun keçidi üçün böyük məbləğdə pul tələb edir.

23 yaşlı futbolçu 2019/20 mövsümündə Kataloniya təmsilçisində 9 matç keçirib və 1 qol vurub.

Elçin ABBASOV,
“Xalq qəzeti”

4 2020 17:16 - İDMAN
İDMAN
8 İyul 2020 | 00:05
Yeni müqavilə
6 İyul 2020 | 22:42
20-ci dəfə qalib
6 İyul 2020 | 11:54
PSJ Neymara mane olmayacaq

Köhnə versiyamızdan xəbərləri izlə