Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"AZE NAKHCHIVAN-KÖLN” Futbol Klubuna stadion tikilir

Azərbaycanlı iş adamından AZE NAKCHIVAN-KÖLN futbol klubuna böyük dəstək kimi klub üçün süni ot örtüklü stadion inşa olunacaq. Türkiyədə yaşayan iş adamı, ARS SPOR şirkətinin rəhbəri Elşən Rəsulov Almaniyada fəaliyyət göstərən “AZE NAKHCHIVAN-KÖLN” SK Futbol Klubuna dəstək verib. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Beləki, iş adamının yeni yaranmış kluba  süni ot örtüklü stadion inşa etmək arzusunda olduğu bildirilib. Klubla razılıq baş tutandan sonra klub rəhbərliyi stadionun inşası ilə bağlı Köln Şəhər Bələdiyyəsi ilə danışıqlara başlayıb. Texniki məsələlər Köln bələdiyəsi ilə razılaşdırılıb. Qeyd edək ki, mütəxəssislərin bildiriyinə görə, belə bir stadionun Kölndə tikintisi 800 000 avroya başa gəlir. Onu bildirək ki, Elşən Rəsulov öz sahəsində uğur qazanmış gənc iş adamıdır. O, Türkiyənin İstanbul şəhərində idman komplekslərinin inşası ilə məşğul olan ARS SPOR şirkətinin sahibidir. Bu şirkət indiyə qədər dünyanın 70-dən çox ölkəsində futbol, basketbol, tennis, golf və sait idman növləri üçün nəzərdə tutulmuş komplekslər inşa edirlər. Elşən Rəsulov Avropada tanınan Belçikada yerləşən ULB Universitetini bitirib.

Anar Əlisoy,
“Xalq qəzeti”

4 2020 12:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə