Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronun Saray qəsəbəsində modul tipli hospitalın tikintisi başa çatır

Vətəndaşların sağlamlığının təhlükəsizliyi, COVID-19 infeksiyasının yayılması qarşısını almaq üçün ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi davam edir. Prezident İlham Əliyevin aprelin 7-də imzaladığı Sərəncamla koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması üçün Maliyyə Nazirliyinə 14,8 milyon ayrılıb.

Abşeron rayon Saray qəsəbəsində inşa edilən modul tipli xəstəxanada son tamamlama işləri aparılır. Bu hospitalın tikintisinə Türkiyədən mütəxəssislər cəlb olunub. Tibb müəssisəsi 200 çarpayılıq olacaq və zəruri tibbi avadanlıqla təchiz olacaq. Hazırda xəstəxananın yerləşdiyi ərazidə abadlıq-quruculuq işləri aparılır. Yeni yaşıllıq zolağı salınır.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

4 2020 11:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə