Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mən demişdim, görməzdən gəlməyin”

Pandemiya başlayan zamandan etibarən tövsiyələrinə ehtiyac duyduğumuz bir sıra həkimlərin koronavirusla, bu bəladan qorunma yolları ilə bağlı maarifləndirici fikirlərini dərc etmişik. Bu həkimlərdən biri də “Leyla” klinikasının şöbə müdiri Sahib Cəfərovdur.  Koronavirusa yoluxma sayının dünənki artımı ilə bağlı yenə də Sahib həkimin tövsiyə xarakterli məlumatına ehtiyac duyduq. S.CƏFƏROV dedi:

–Türklərin çox işlənən bir ifadəsi də var: “Demədin deməyin. Və duymayan qalmasın”.  Mən pandemiya başlayandan demişdim. Siz də, deməmişdiniz- deyə bilməzsiniz. İndi gördünüzmü ki, həlqə daralır. Öz əllərimizlə, məsuliyyətsiz davranışımızla boğazımıza keçirdiyimiz kəndirin həlqəsini deyirəm.

Xəstə sayının artması ilə yanaşı, həm də xəstəliyin daha aqressiv gediş alması vəziyyəti daha da qəlizləşdirir. Ən başından qorxduğumuz hal -- xəstəxanaların həddən artıq yüklənməsi, və belə davam etsə, həkim və dava-dərman çatmazlığı vəziyyəti ilə üzləşməyimizə az qalıb. Karantin tədbirlərinin yumşaldılması ilə dövlət öz vətəndaşlarının şəxsi məsuliyyətinə etibar etdi. Lakin biz bunu doğru-dürüst anlaya bilmədik. Demokratiya anarxiya demək deyil, eləcə də karantin tədbirlərinin yumşaldılması məsuliyyətsiz davranmağımıza əsas vermir. Qaydaların yenidən sərtləşdirilməsi və cəza sanksiyalarının tətbiq olunmasına ehtiyac yaranıb.

Bilənlər bilir, bilməyənlər də bilsin ki, itkilərimiz artır. Bizi yalnız şəxsi məsuliyyətimiz ağır itkilərdən qoruya bilər. Tələb olunan budur ki, qarşınızdan gələn hər bir kəsi, ən doğmanız olsa belə, potensial xəstə kimi qəbul edərək qorunun. Özünüzü və sevdiklərinizin həyatını bu bəlaya qurban verməyin. Hamınıza bu çətin imtahandan itkisiz çıxmağı arzulayıram.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2020 10:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə