Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maska taxmayanlar yoluxma sayını artırır

Respublikanın baş infeksionisti Cəlal İsayev yay mövsümünün başlanması ilə əlaqədar istirahətə getmək istəyənlərə açıqlama verib. Bildirib ki, bu mövsümdə insanların bölgələrə gedib istirahət etməsi təəssüf ki, mümkün olmayacaq.

C.İsayev deyib ki, əgər vətəndaşlar maskadan istifadə etməsə, infeksiya bu şəkildə artmaqda davam etsə, yoluxanların sayı artacaq. Belə halda, rayonlara gediş-gəliş məhdudiyyəti götürülməyəcək  və insanlar istirahətə gedə bilməyəcəklər.

İnfeksionist, həmçinin maskaya etinasız yanaşanlarla, gigiyenik qaydalara məhəl qoymayanlarla, operativ qərargah tərəfindən qoyulan qaydalara və tələblərə riayət etməyənlərlə bağlı da fikir bildirib. Deyib ki, hər insanın yanına maska taxmasına nəzarət üçün bir polis, bir məmur qoymaq olmaz:

“İnsan özü anlamalıdır ki, maska olmalıdır, biz müəyyən müddət maskada gəzməyə məcburuq. Çin bu cür məcburi qaydaların hesabına koronavirusa qalib gəldi. Biz də buna könüllü əməl etməliyik. Mütləqdirmi, kimsə bizi cərimələsin, maska taxmağa məcbur eləsin?”

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2020 10:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə