Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi dövlət bayra­mınız – Azərbaycan Respublikası Günü münasibətilə təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan xalqının rifahı naminə işinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edib Sizə Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Azərbaycanın xüsusi xidmətlərinin dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsinə və milli mənafelərinin müdafiəsinə yönəlmiş qarşılıqlı fəaliyyətinə göstərdiyiniz diqqətə və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətlə,

Sergey NARIŞKİN
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru

4 2020 02:50 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə