• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 424   Bakı şəhəri, 2 oktyabr 2018-ci il
 
Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə ­Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ­2018-ci il 29 avqust tarixli 249 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin: 
 
Müşahidə Şurasının sədri
 
Rövşən Rzayev    -   Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri 
 
Müşahidə Şurasının üzvləri:
 
İlqar Fəti-zadə   -   Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Mətin Kərimli   -   Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Cəmaləddin Quliyev   -   Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri
Azay Quliyev   -   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Adil Abdullayev   -   “Avropa Lift Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti
Qulam İshaqzai   -   BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi
Caydev Sinqx   -   ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin  Azərbaycandakı missiya direktoru 
Guido Ambroso   -   BMT-nin Qaçqınlar üzrə Ali Komissarının  Azərbaycandakı nümayəndəsi. 
2. “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə ­Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 oktyabr tarixli 151 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 
2004, № 10, maddə 868; 2006, № 11, maddə 991; 2009, № 4, maddə 277) 1-ci hissəsi ləğv edilsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin