Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şənbə və bazar günləri vətəndaşlara yalnız xüsusi sağlamlıqla bağlı vəziyyətlərdə evdən çıxmağa icazə veriləcək

Şənbə və bazar günləri həyati vacib bir sıra sahələrdə çalışanların fəaliyyət göstərməsi nəzərdə tutulur. Belə ki, qəza, təcili tibbi yardım xidməti, stasionar tibbi xidmət göstərən səhiyyə müəssisələri fəaliyyət göstərəcək. Elə istehsalat sahələri var ki, fasiləsiz işləmələri zəruridir. Həmin sahələrdə fəaliyyət göstərən çox məhdud sayda işçilərin SMS vasitəsilə işə çıxmasına icazə verilməsi nəzərdə tutulur.

Bunu bu gün Nazirlər Kabine­ti yanında operativ qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O, həmçinin bildirib: “Xatırla­dım ki, biz sərt karantin rejimində də müəyyən ehtiyaclar üçün evdən çıxmağa görə SMS-lə icazə alırdıq. Lakin bu dəfə fərqlidir. Vətəndaşlar zəruri ehtiyaclarını əvvəlcədən təmin etsinlər. Şənbə və bazar günləri yalnız xüsusi sağlamlıqla bağlı vəziyyətlərdə, tibb müəssisələrinə müraciət mühüm olan hallarda və zəruri həyati vacib xidmət sahələrində çalışanlara evdən çıxmağa icazə veriləcək. İctimai və şəxsi nəqliyyatın tam şəkildə məhdudlaşdırılması nəzərdə tutulur. Yəni onlardan istifadə mümkün olma­yacaq. Yalnız zəruri vacib sahələrdə çalışan şəxslərin onlardan istifadəsinə dair müəyyən istisnalar ola bilər”.

AZƏRTAC

4 2020 02:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə