Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST: Koronavirusun ikinci dalğası qaçılmaz deyil

Koronavirus infeksiyasının ikinci dalğa­sı qaçılmaz deyil, preventiv tədbirlər qəbul etməklə bundan yan keçmək mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge videokonfrans zamanı bildirib ki, daha çox ölkə pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətləri götürməyə başlayıb və bu, ikinci dalğa təhlükəsini yaradır: “Zəruri tədbirlər görülməsə, ikinci dalğa başlaya bilər və bu, daha dağıdıcı ola bilər. Amma yaxşı xəbər odur ki, biz birinci dalğa zamanı çox şey öyrəndik. İkinci dalğa yaransa, biz daha çox hazır olacağıq”.

Hans Klüge qeyd edib ki, məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmaq və vəziyyəti daim nəzarətdə saxlamaq tövsiyə olunur.

“Xalq qəzeti”

4 2020 02:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə