Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prokurorluq Biləsuvar rayonunda baş verən insidentlə bağlı məlumat yayıb

İyunun 3-də gecə saat 01 radələrində Biləsuvar şəhəri ərazisində 1984-cü il təvəllüdlü şəhər sakini Rəşad Rzayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb eks­pertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi baş­lanıb, müvafiq ekspertizalar təyin edilib.

Biləsuvar Rayon Pro­kurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bil­dirilir ki, istintaqla hadisənin zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü Fərid Hətəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında ya­ranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Fərid Hətəmov Cinayət Məcəlləsinin həmin maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istin­taqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

4 2020 02:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə