Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan pandemiya dövründə iqtisadi artımı qoruyub saxlayan azsaylı ölkələrdəndir

Pandemiya qlobal iqtisadiyyatda kəskin azalmalara gətirib çıxa­rıb. Bu, dünya iqtisadiyyatında, eləcə də aparıcı ölkələrin ümumi daxili məhsulunda (ÜDM) nəzərə çarpan azalmada da müşahidə edilir. Qlobal iqtisadiyyat üçün 2020-ci ildə proqnoz bütövlükdə dünya iqtisadiyyatının 10 faizdən çox azalacağını göstərir.

Sevindirici haldır ki, Azərbaycan həm pandemiyadan əvvəlki dövrdə, həm də pandemiya vaxtı iqtisadi artım tempini qoruyub saxlaya bilib.

Azərbaycan pandemiya dövründə iqtisadi artımı qoruyub saxlayan azsaylı ölkələrdən biridir. Bu, ondan xəbər verir ki, Azərbaycan pande­miyanın təsirlərini minimumlaşdıran, eyni zamanda, 3,5 milyard manatlıq sosial-iqtisadi dəstək paketi həyata keçirməklə yanaşı, ÜDM-dəki artımı qoruyub saxlayan ölkələr sırasındadır. Pandemiya dövründə Azərbaycanın ümumi daxili məhsuldakı artım tempinin qorunub saxlanması po­zitiv qiymətləndirilməlidir. ÜDM-də artımın qeydə alınması, xüsusən də Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların məntiqi nəticəsidir.

Əvvəlki illərdə ölkəmizdə həyata keçirilən dərinləşmiş islahatların pan­demiyanın respublika iqtisadiyyatına təsirlərini azaltması Azərbaycanda sa­hibkarlar, məşğul əhali və işləməyən vətəndaşlarımızla bağlı birbaşa dəstək paketinin həyata keçirilməsinə imkan yaratdı. Bu dəstək paketi nəticə etibarilə pandemiyanın təsirlərini mini­mumlaşdırdı. Azərbaycan pandemiya dövründə 1,7 milyon nəfərədək özəl sektorda çalışan vətəndaşlarımıza bir­başa maliyyə dəstəyi göstərdi. Ölkədə aparılan islahatlar Azərbaycanın qeyri-neft sektorunun inkişafı hesabı­na ÜDM-dəki artım tempini qoruyub saxlamağa imkan verdi.

ÜDM-in strukturuna diqqət yetirsək, görərik ki, artım daha çox qeyri-neft sektorunun hesabına baş verir. Bu, o deməkdir ki, qeyri-neft sektoru ÜDM-dəki və bütövlükdə iqti­sadiyyatdakı artımda drayverə çevrilir. Pandemiyanın təsirləri qalır, neftin dünya bazarında qiyməti aşağı düşür, lakin iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın məhz pandemiya dövründə də iqtisadi artımı qoruyub saxla bilməsinə şərait yaradır. Bu isə təbii ki, postpandemiya dövrü üçün daha nikbin proqnozların verilməsi üçün baza yaradır.

İqtisadi paketin strateji olaraq post­pandemiya dövründə sahibkarların daha çox dəstəklənməsini nəzərdə tutması da Azərbaycanın post­pandemiya dövründə ümumi daxili məhsulunda daha yüksək iqtisadi artımın əldə ediləcəyinə dərin inam yaradır. Bu, eyni zamanda, qeyri-neft sektorunun ÜDM daxil olmaqla makroiqtisadi göstəricilərdəki dray­ver rolunun qorunub saxlanması və genişləndirilməsinə xidmət edir.

Vüqar BAYRAMOV, Milli Məclisin deputatı

4 2020 02:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə