Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxıstan vətəndaşları öz ölkələrinə yola salınıb

İyunun 3-də 26 Qazaxıstan vətəndaşı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Merkuri-1” bərə gəmisi ilə öz ölkələrinə yola salınıblar.

Bakı Limanından verilən məlumata görə, adıçəkilən ölkədə yaşamaq hüququ olan 11 həmvətənimiz də Kurık limanına yola düşüblər. Yola salınan sərnişinlər ilk olaraq Bakı Limanında koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Bu günədək, ümumilikdə, 53 Qazaxıstan vətəndaşı Bakı Limanından yola salınıb.

“Xalq qəzeti”

4 2020 02:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə