Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsraildə yaxınmənzilli ballistik raketlər sınaqdan keçirilib

İsrailin “Israel Aerospace Indust­ries” konserni yaxınmənzilli ballistik raketləri sınaqdan keçirib.

“İnterfaks”ın verdiyi məlumata görə, iki ballistik raket dənizdə hədəfləri uğurla vurub. Onlardan biri 90 kilometr, digəri isə 400 kilometr məsafədə hədəfləri yüksək dəqiqliklə vurub.

Konserndən bildiriblər ki, raketlər təhlükəsizlik baxımından dənizdə sınaqdan keçirilib.

Qeyd edək ki, “LORA” raket kompleksi “Israel Aerospace Industries” tərəfindən isteh­sal edilib. Raket kompleksinin sınağı ilk dəfə 2017-ci ildə baş tutub.

“Xalq qəzeti”

4 2020 02:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə