Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNICEF Azərbaycanda Uşaqlara dair 2020–2030-cu illər üçün strategiyanın təsdiq edilməsini alqışlayır

UNICEF “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını alqışlayır.

UNICEF-in Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, hərtərəfli və uzunmüddətli baxışı müəyyən edən bu strategiyada uşaqlara təsir edən çoxsaylı problemlərin və çətinliklərin həll olunması nəzərdə tutulub. Onlar arasında:

1. Uşaqların müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik bazasının və mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyi;

2. Ölkədə uşaq hüquqlarının monitorinqi­nin təkmilləşdirilməsi;

3. Həssas uşaqların sosial müdafiəsinin gücləndirilməsi;

4. Uşaqların erkən yaşlarında inkişafına dəstək, o cümlədən uşaqların qidalandırılma­sı, əlilliyin erkən aşkarlanması və qarşısının alınması;

5. Uşaqlara asudə vaxtlarının təşkilində və iştirakında dəstək.

UNICEF Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə Uşaqların Milli Fəaliyyət Planının tamamlanması üçün sıx əməkdaşlıq edir. Bu plan yeni strategiyanın aydın müəyyən edilmiş bir siyasətə və proq­ram tədbirlərinə çevrilməsinə kömək edəcək. Bu tədbirlərin Azərbaycanda hər bir uşağın rifahı naminə həyata keçirilməsi üçün, UNI­CEF bundan sonra da, hökumətə öz texniki dəstəyini göstərəcək və əməkdaşlığı davam etdirəcək.

4 2020 02:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə