Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Braziliya meşələri qorumaq üçün ordunu səfərbər edir

“Nat.ge” resursunun mlumatına görə, son illər büdcənin azaldılması hesabına ekologiya müfəttişliyi orqanlarının zəifləməsindən sonra Braziliya hökuməti ətraf mühitin müdafiəsi məqsədilə hərbiləşdirmə siyasətinə sərmayə qoyur.

Buna səbəb Amazonda yanğınlar və meşələrin qırılması barədə xəbərdarlıqların 63,7 faiz artmasıdır. Hətta ölkə Prezidenti Jair Bolsonaru Silahlı Qüvvələrin bir ay ərzində cəngəlliklərin müdafiəsi üçün cəlb edilməsi barədə fərman imzalayıb. Dövlət belə tədbirləri bu il meşələrin anomal yüksək sürətlə məhv edilməsi səbəbindən həyata keçirir. Hakimiyyət orqanlarının məlumatına görə, bu vaxtadək meşələrin belə irimiqyaslı məhvi olmayıb, hərçənd meşə yanğınları mövsümü hələ başlamayıb.

Qeyd edilir ki, “Yaşıl Braziliya-2 əməliyyatı” adı altında olan bu təşəbbüsdə 3815 əsgər, 110 yerüstü nəqliyyat vasitəsi, 20 gəmi və 12 təyyarənin iştirakı nəzərdə tutulur. Bütün bunlar 60 milyon reala (11,25 milyon dollar) başa gələcək ki, bu da əsasən ordunun maddi-texniki təminatına, həmçinin izolyasiya edilmiş rayonlarda və qabaqcıl bazalarda yerləşdirilməsinə sərf olunacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

3 2020 17:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə