Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çinli alimlər FAST vasitəsilə UNO axtaracaqlar

Çin hökumətinin məlumatına görə, rəsmi Pekin sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsədlə xüsusi olaraq FAST  (Five hundred meter Aperture Spherical Telescope – 500 metrlik aperturaya malik sferik radio teleskop) adlı yeni teleskop istifadəyə veriləcək.

Dövlətə məxsus “Science and Technology Daily” nəşri yazır ki, artıq yanvarda qurğudan məhdud rejimdə istifadə edilməyə başlanılıb, lakin sonra onun müasirləşdirilməsinə qərar verilib. Alimlər iddia edirlər ki, onla modernləşdirilmiş teleskop sayəsində potensial UNO-ların axtarışına kömək edəcək əlavə maneələri aradan qaldırmağa nail olublar.

Tədqiqatçılar, həmçinin bildiriblər ki, teleskopun sınaqları zamanı onlar artıq 102 yeni pulsar axtarıb tapıblar və bu, ABŞ və Avropa astronomları tərəfindən müvafiq dövrdə aşkar edilən göstəricidən çoxdur. Onların qiymətləndirmələrinə əsasən, “FAST” teleskopu oxşar qurğularla müqayisədə təxminən 2,5 dəfə daha həssasdır.

E.ABBASOV,
“Xalq qəzeti”

3 2020 17:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə