Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa şəhərlərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

“Hightech.plus” saytının məlumatına görə, Avropanın bir sıra  şəhərlərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək. Bildirilir ki, 1,5 illik planlaşdırmadan sonra “FABULOS” adlı şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması layihəsi real şəraitdə sınaqlara başlamağa hazırdır. Sürücüsüz mikroavtobusların ən yaxşı modelləri Avropanın 5 şəhərinin ictimai nəqliyyatının bir hissəsi olacaq.

Qeyd edilir ki, layihə 2018-ci ilin yanvarında Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşdırılmağa balanıb. Layihənin məqsədi şəhər infrastrukturuna inteqrasiya edilmiş avtonom ictimai nəqliyyat ideyasının mümkünlüyünü sınaqdan keçirməkdir. Ötən ay Helsinkidə (Finlandiya) pilot layihələrə start verilib, iyunda müvafiq sınaqlar Qesdale (Norveç) və Tallində (Estoniya), daha sonra Yunanıstan və Niderlandda keçiriləcək.

50 günlük sınaq zamanı sürücüsüz mikroavtobus prototiplərinin funksionallığı, uyğunluğu və təhlükəsizliyi tam sınaqdan keçiriləcək.

Elçin ABBASOV,
“Xalq qəzeti”

3 2020 17:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə