Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti 40 dolları keçdi

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,18  faiz artaraq bir bareli 40,23 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 2,02 faiz artaraq bir bareli 37,82, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 5,61  faiz artaraq bir bareli 40,28  dollar olub.

“The Wall Street Journal”ın məlumatına görə, OPEC+ ölkələrinin növbəti  aylarda da hasilatı rekord dərəcədə-sutkada 9,7 milyon barel azaltmaq barədə qəbul edəcəkləri qərardan sonra dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmağa başlayıb.

Dünya bazarında neftin qiymətinin artması neft hasil və ixrac edən ölkələrin milli valyutalarına da müsbət təsir göstərib. Dollara nisbətdə onlar möhkəmləniblər.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

3 2020 16:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə