Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsraildə yaxınmənzilli ballistik raketlər sınaqdan keçirilib

İsrailin "Israel Aerospace Industries" konserni yaxınmənzilli ballistik raketləri sınaqdan keçirib.

"İnterfaks"ın verdiyi məlumata görə, iki ballistik raket dənizdə hədəfləri uğurla vurub. Onlardan biri 90 kilometr, digəri isə 400 kilometr məsafədə hədəfləri yüksək dəqiqliklə vurub.

Konserndən bildiriblər ki, raketlər təhlükəsizlik baxımından dənizdə sınaqdan keçirilib.

Qeyd edək ki, "LORA" raket kompleksi "Israel Aerospace Industries" tərəfindən istehsal edilib. Raket kompleksinin sınağı ilk dəfə 2017-ci ildə baş tutub.

3 2020 12:26 -

Köhnə versiyamızdan xəbərləri izlə