Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərtərlilər bu mövsümdə 20 min ton barama təhvil verəcəklər

Tərtər Rayon İcra Hakimiyyətindən redaksiyamıza daxil olmuş məlumatda bildirilir:

– Respublikamızın aqrar bölgələrində olduğu kimi, Tərtər rayonunda da kənd təsərrüfatının ənənəvi sahələri uğurla inkişaf etdirilir. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı təsdiq etdiyi dövlət proqramlarına, imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, son illərdə rayonda ardıcıl,  məqsədyönlü tədbirlər həyata keçirilir. Nəticədə, kənd təsərrüfatının, demək olar ki, bütün sahələrində, xüsüsən,  pambıqçılıqda, taxılçılıqda, şəkər çuğunduru yetişdirilməsində, baramaçılıqda hər il respublika üzrə yüksək göstəricilər əldə olunur.

Hazırda cari baramaçılıq mövsümündə ipək qurdunun son yemlənməsi mərhələsi uğurla davam edir. Bugünlıərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kəndlərdə olub, ipək qurdu saxlayan kümçülərlə görüşüb. Rayon rəhbəri yerlərdə ipəkqurdunun bəslənmə şəraiti ilə tanış olub və cari gözləntilərlə maraqlanıb, mövcud çatışmazlıqların dərhal aradan qaldırılması üçün lazimi tövsiyə və tapşırıqlarını verib.

Məlumatın sonunda bildirilir ki, 2019-cu ildə rayonda 18 min 322 kiloqram barama yetişdirilib. Bu il isə daha çox-- 20 min kiloqram barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş 500 qutu barama qurdu toxumu vaxtında kümçülərə paylanıb. Barama yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, qurd bəslənən otaqlar lazımi istiliklə təmin edilib. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son 3 ildə rayon ərazisində 263 mindən artıq tut tingi əkilib.

R.TAHİR,
“Xalq qəzeti”

3 2020 12:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə